"Samsung" şirkəti Galaxy Note 7 almış istifadəçilər üçün yeni kompensasiya proqramını elan edib.
Belə ki, Galaxy Note 7 alıcılarına gələn il satışa çıxacaq Galaxy S8 smartfonunun tamamilə pulsuz veriləcəyi açıqlanıb. Artıq hamıya məlumdur ki, partlamaları səbəbindən şirkət Note 7 seriyasının istehsalını dayandırmışdır. Sözügedən smartfonun alıcılarına isə smartfonu, Galaxy S7 və ya Galaxy S7 Edge ilə dəyişdirilməsi təklif olunur.
Milli.Az technote.az-a istinadən bildirir ki, yeni kompensasiya proqramı isə Note 7 smartfonlarının, satışı gələn ilin Mart ayına planlaşdırılıan Galaxy S8-ə dəyişilməsi imkanını verir. Daha əvvəl "Samsung" Note 7 istifadəçilərinə şirkətin digər smartfonunu almaqlarına 100$ endirim, digər istehsalçının smartfonunu almaqlarına isə 25$ endirim edirdi. Qeyd etmək lazımdır ki, şirkət keçən həftə Note 7 smartfonlarının satışlarını və istehsalını dayandırdı. Şirkət, ona gəlmiş zərəri Galaxy S7 və Galaxy S7 Edge smartfonlarının satışları ilə yüngülləşdirmək və yeni cihazların təhlükəsizliklərinin təmin edilməsi üzərində diqqətini cəmləyəcək.
Milli.Az