Qadin.NET / Azərbaycanda qadın alimlərin sayı artır

Azərbaycanda qadın alimlərin sayı artır

Azərbaycanda qadın alimlərin sayı artır


Azərbaycanda qadın alimlərin sayı artır.

Milli.Az bildirir ki, Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 1991-ci ildən indiyədək olan dövr ərzində ötən il Azərbaycanda fəlsəfə doktoru olan qadınların sayı ən yüksək həddə çatıb.

1991-ci ildə Azərbaycanda fəlsəfə doktoru olan qadınların sayı 2339 nəfər olduğu halda, 2001-ci ildə onların sayı 2572, 2013-cü ildə 4210, 2014-cü ildə 3901, 2015-ci ildə isə 5614 nəfər olub.

1991-ci ildən sonra elmlər doktoru elmi dərəcəsi alan qadınların da sayı artıb. 1991-ci ildə elmlər doktoru elmi dərəcəsi alan qadınların sayı 120 nəfər olduğu halda, 2001-ci ildə onların sayı 152, 2013-cü ildə 364, 2014-cü ildə 331, 2015-ci ildə isə 416 nəfər olub.

Qeyd edək ki, bütün illərdə həm fəlsəfə doktoru, həm də elmlər doktoru elmi dərəcəsi alan kişilərin sayı qadınlardan çox olub.

Milli.Az

24 oktyabr 2016
GO BACK