Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.
Trend Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, təkanlar yerli vaxtla saat 14:29-da Nardarandan 73 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3.3, dərinliyi isə 90 km olan zəlzələ hiss olunmayıb.
Day.Az