Qadin.NET / 4 yaşlı qız milyonları heyran etdi

4 yaşlı qız milyonları heyran etdi

4 yaşlı qız milyonları heyran etdi


Sizcə, 4 yaşlı balaca qız neçə dil bilər? Bəs onun paleontologiyada və ya poeziyada bilikləri hansı səviyyədə olar?

Cavab verməyə tələsməyin.

Çünki 4 yaşlı Bella Devyatkina milyonları təəccübləndirdiyi təki, sizi də heyrətləndirə bilər.

Milli.Az bildirir ki, Rusiyanın "Rossiya 24" telekanalındakı "Udivitelnıe Lyudi" ("Ecazkar insanlar") şousunda səhnəyə dəvət olunan, Moskvada yaşayan 4 yaşlı Bella münsiflər heyəti və zaldakı tamaşaçılarla bahəm, telekanalda onu seyr edən milyonlarla insanı heyrətləndirib.

Çünki bu balaca qız doğma rus dilindən savayı, ingilis, alman, fransız, ispan, Çin və ərəb dillərində tam sərbəst danışır. Üstəlik, Bella həmin dillərdə oxuya da bilir.

Bellanın poeziya və paleontologiya sahəsində bilikləri də az deyil. O, brontozavrla steqozavrın arasındakı fərqlərin nə olduğunu asanlıqla deyib, sonra da fransız dilində şeri vurğularda yanılmamaqla söyləyib.

Milli.Az

22 oktyabr 2016
GO BACK