Qadin.NET / Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb

Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb

Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb


Azərbaycanda 2015-ci ildə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 2014-cü ilə nisbətən 5,7 faiz azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2014-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 25486 uşaq doğulub. Bu, həmin ildə diri doğulan bütün uşaqların 14,9 faizini təşkil edib. 2015-ci ildə isə bu tip nikahlardan 24038 uşaq doğulub ki, bu da bütün diri doğulan uşaqların 14,5 faizini təşkil edib.

1990-cı illərdə nikahdankənar uşaqların sayı şəhərlərdə üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kəndlərdə artıb.

Milli.Az

22 oktyabr 2016
GO BACK