Qadin.NET / Ev routerini diqqətlə seçin

Ev routerini diqqətlə seçin

Ev routerini diqqətlə seçin


"Eset" antivirus şirkətinin mütəxəssisləri "ESET NOD32" məhsullarının köməyi ilə təxminən 12 min marşrutlayıcı arasında aparılmış araşdırmaya əsasən belə qənaətə gəliblər ki, ev routerlərinin ən azı 15%-nin təhlükəsizlik sistemində problem mövcuddur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin məlumatına görə, routerlərin 15%-nə zəif parollar ("12345", "password" və sairə) qurulub və loqin kimi əksər hallarda ənənəvi "admin" sözündən istifadə olunur.

"Eset" şirkətindən bildirilib ki, routerlərin 7%-i yüksək və ya orta risk dərəcəli proqram boşluğuna malikdirlər. 53% hallarda problem icazə hüququnun yanlış sazlanması ilə bağlıdır. Routerlərin 39%-da aşkar edilmiş boşluq komandaların tətbiqi ilə bağlıdır. Belə ki, hakerlər komandaların köməyi ilə əməliyyat sisteminin əmr sətrinə giriş əldə edə bilərlər.

8%-də "XSS" boşluq qeydə alınıb.

"Araşdırma sübut etdi ki, aşkar edilmiş boşluqlar sayəsində "Wi-Fi" routerlərə asanlıqla hücum etmək olar. Bu, ev şəbəkələri, həmçinin kiçik biznesin təhlükəsizliyini təhlükə altına qoyur" - "Eset" şirkətinin eksperti Piter Stançik deyib.

 

Milli.Az

22 oktyabr 2016
GO BACK