Qadin.NET / Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə

Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə

Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə


Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirmək üçün fərqlənmə nişanının alınması məqsədilə taksi sürücüləri ilə maarifləndirici söhbətlər aparır. Milli.Az bildirir ki, bu barədə Trend-ə BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, hazırda bu tədbirlər əsasən metro çıxışlarında, həmçinin taksilərin kompakt dayandıqları digər ərazilərdə aparılır. O qeyd edib ki, mətbuat vasitəsi ilə də taksı sürücülərinə müraciət olunur.

M.Ağayev vurğulayıb ki, aparılan tədbirlər artıq öz nəticəsini verir, taksi sürücüləri bu məsələni müsbət qarşılayır və fərqlənmə nişanının alınması üçün böyük maraq göstərirlər.

Milli.Az

 


21 oktyabr 2016
GO BACK