Day.Az xezerxeber.com-a istinadən bildirir ki, ölkə ərazisində qeyri sabit hava şəraiti davam edəcək. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Bir sıra dağlıq və dağaətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Temperaturun kəskin aşağı düşməsi isə paytaxtda vətəndaşları indidən istilik sistemlərini qoşmağa vadar edib. Evlərində kombi sistemi olanlar bunu etsədə mərkəzi istitmə sistenminə qoşulu olan mənzillərdə yaşayanlar müxtəlif çıxış yolları axtarır. Bu isə erkən qış rejiminə keçmək məsələsini gündəmə gətirir. Bəs görəsən erkən qış rejiminə keçilə bilərmi?
Havaların kəskin soyuması ilə vətəndaşlar artıq istilik sistemlərini işə salıblar.
Amma mənzillərləri mərkəzi istilik sisteminə qoşulu sakinlərin belə bir imkanı yoxdur. Onlar ya digər vasitələrə əl atmalıdırlar yaxud da rəsmi qış rejiminə keçidi gözləməlidirlər. Ölkə ərazisində qış rejiminə keçidə isə hələ bir ay qalıb.
Bəs görəsən qış rejiminə erkən keçilməsi hansı hallarda mümkündür. Məsələ ilə bağlı Azəristiliktəhcizat Açıq Səhmdar Cəmiyyətinin də mövqeyini öyrəndik. Qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, erkən qış rejiminə keçid bir başa Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə mümkündür. Bu qərar təkcə Azəristiliktəhcizata yox, eyni zamanda Azəriqaz və Azərişığa da şamil edilir.
Ümumilikdə isə erkən qış rejiminə keçidin əsas şərti 3 gün ard-arda sutkalıq orta temperaturun 6 dərəcədən aşağı olmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə verilən məlumata görə, havanın tempraturu həftənin ilk günündə gündüz 9 gecə isə 7 dərəcə isti təşkil edəcək. Belə çıxır ki sutkalıq orta tempraturun 6 dərəcədən aşağı düşməsi hələ gözlənilmir.
Day.Az