2016-cı ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ən çox nikah bağlanan bölgələrin adı açıqlanıb.
Milli.Az bildirir ki, modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib ki, ən çox nikah Gəncə-Qazax, Aran iqtisadi rayonlarında qeydə alınıb.
Məlumata görə, 8 ay ərzində 42179 nikah rəsmiləşdirilib.
Milli.Az