Qadin.NET / Qurdlar konfetin üzərində o yan-bu yana gəzişir - Diqqətli olun!

Qurdlar konfetin üzərində o yan-bu yana gəzişir - Diqqətli olun!

Qurdlar konfetin üzərində o yan-bu yana gəzişir - Diqqətli olun!


Paytaxt sakinlərdən biri paytaxt ərazisindəki mağazaladan konfet alıb. Evə aparıb açdıqda isə konfetin qurdlu olduğunu görüb.

Həmin mağazadan bildirildi ki, malın istifadə müddəti bitməyib.

Saxlanma şəraiti bağlı da heç bir problem yoxdur.

Milli.Az bildirir ki, məsələ ilə bağlı konfeti istehsal edən firmanın da mövqeyini öyrənməyə çalışıldı. Lakin firmanın özünü təqdim etmək istəməyən əməkdaşı "Xəzər Xəbər"ə bildirdi ki, heç bir açıqlama verilməyəcək.

İqtisadiyyat Nazirliyindən isə bildirildi ki,bu konfetlərin ya istifadə müddəti bitib yada saxlanma şəraiti düzgün olmayıb. Bu cür kiloqramla satılan məhsullarda istehsal tarixi və istifadə müddəti konfetin yox, qutunun üzərində olur. Orada məhsulu istehsal edən firma barədə məlumatlar da tam şəkildə əks olunmalıdır. Əgər məhsul zay çıxarsa, qəbzlə birlikdə mağazaya təqdim edilməlidir. Satıcı da məhsulu təhvil götürərək pulu qaytarmalıdır. Əgər hər hansı bir mağazada məhsulu qaytarmaqdan imtina edilərsə, müştəri bu barədə İqtisadiyyat Nazirliyinin 195-2 çağrı mərkəzinə müraciət edərək hüquqlarını bərpa edə bilər.

Milli.Az

15 oktyabr 2016
GO BACK