Qadin.NET / Nazir: "Gələn ildən 100 min müəllim yeni maaş sistemi ilə çalışacaq"

Nazir: "Gələn ildən 100 min müəllim yeni maaş sistemi ilə çalışacaq"

Nazir: "Gələn ildən 100 min müəllim yeni maaş sistemi ilə çalışacaq"

"Azərbaycanda 60 minə yaxın müəllim yeni sistemlə fəaliyyət göstərir".Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində deyib.Nazir qeyd edib ki, bu müəllimlər cari ildən yeni dərs yükü və əmək haqqı sistemi ilə çalışırlar.M.Cabbarov bildirib ki, 2017-ci ildə də proses davam etdiriləcək: "Gələn il yeni əmək haqqı və dərs yükü ilə əhatə olunan müəllimlərin sayı 100 minə çatdırılacaq. Bu gün yaşadığımız dövr şərəfli müəllim peşəsinin daşıyıcıları üçün daha önəmli və məsuliyyətlidir. Müəllim sinif otağında, ali məktəb auditoriyasında yeganə bilik mənbəyi deyil. Məlumatın çox qısa və asan şəkildə əldə edilməsi hər bir fərdin, şəxsin, müəllimin, tədris sistemində işləyənlərin fəaliyyətinin diqqət mərkəzində olması imkanlarını xeyli dəyişdirib. Əminliklə deyə bilərik ki, təhsil sistemində çalışan müəllimlər bu günün tələblərini yaxşı anlayır və qarşıda duran məsələlərin həlli üçün lazımi gücə malikdirlər".

Milli.Az

14 oktyabr 2016
GO BACK