Qadin.NET / Provayderlərdən narazı olan internet istifadəçiləri üçün şad xəbər - VİDEO

Provayderlərdən narazı olan internet istifadəçiləri üçün şad xəbər - VİDEO

Provayderlərdən narazı olan internet istifadəçiləri üçün şad xəbər - VİDEO


Provayderlərindən narazı qalan bəzi internet istifadəçilərinin arzuları yaxın vaxtda çin ola bilər. Belə ki, provayderləri onlayn qaydada seçmək və dəyişdirmək üçün layihə hazırlanıb.

Azərbaycan İnternet Forumu tərəfindən hazırlanan və "ASAN.net " adlandırılan layihəyə əsasən, internetdə ümumi mərkəz yaradılacaq və orada bütün proveyderlər haqqında məlumat toplanacaq. Bu sayta daxil olan müştərilər də özləri haqqında məlumatları daxil etməklə provayderlərini rahatlıqla dəyişə biləcəklər.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, "ASAN.net"  layihəsi artıq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilib. Qəbul edilsə, qısa vaxtda həyata keçiriləcək.

Layihənin rəhbəri Osman Gündüz hesab edir ki, bu sistem provayderləri daha məsuliyyətli olmağa sövq edəcək.

Milli.Az

14 oktyabr 2016
GO BACK