Fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər tezliklə reallığa çevriləcək.
Milli.Az ICTnews-a istinadən xəbər verir ki, "AeroMobil 3.0" adlı uçan avtomobil 2017-ci ildə Slovakiyada satışa çıxarılacaq.
Avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə "YouTube" video hostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir.
"Aeromobil" səmada saatda 200 km-dək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədəcək.
Avtomobilin qiyməti 200 min avro olacaq. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunacaq.