Füzulidə 1,8 milyon il yaşı olan fillər fəsiləsinə aid heyvanın sümüyü tapılıb.
Day.Az report-a istinadən bildirir ki, sümük rayonun Mahmudlu kəndində tapılıb.
Rayonun Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədovun verdiyi məlumata görə, fillər fəsiləsinə aid heyvanın sümüyünün uzunluğu 135 sm, çəkisi 50 kq-dır:
"Aparılan araşdırma zamanı məlum olub ki, ərazidən tapılan sümüyün yaşı 1.8 milyon əvvəl yaşayan heyvana məxsusdur".