Florida Texnologiya İnstitutu sosial şəbəkələrin fikri cəmləşdirmək imkanının təsirini öyrənib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Floridadan olan mütəxəssislər tədqiqat apararaq, sosial şəbəkələrin insanın fikrini cəmləşdirmək imkanlarını öyrəniblər.
Tədqiqat çərçivəsində mütəxəssislər iki qrup insanlar arasında sorğu keçiriblər. Onlardan biri sosial şəbəkələrdən istifadə edən, digəri isə onlardan ümumiyyətlə istifadə etməyən insanlardır.
Nəticədə müəyyən edilib ki, birinci qrupa aid olan insanların diqqətinin davamlılığı heç də ikinci qrupa aid olanlardan geri qalmır.
Bundan başqa, floridalı mütəxəssislər o nəticəyə gəliblər ki, sosial şəbəkələr insanın dəqiqliyinə və həyatdakı müxtəlif fikirli insanlarla ümumi dil tapmasında təsir edir
Milli.Az