Qoç - maliyyə məsələləri və bank əməliyyatlarında mənasız risklər etməyin. Kredit kartları, hesablar, elektron avadanlıqla problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizi açıq söhbətə təşviq etmək istəyir. Sayıq olun, sirlərinizi faş etməyin.
Buğa - dəyər verdiyiniz insanlardan biri məişət probleminin həllində və ya mübahisəli vəziyyətin çözülməsində yardım istəyəcək. Tələsməyin. Soyuqqanlı və məntiqi qərar verin.
Əkizlər - pulunuzun qədrini bilsəniz, maliyyə məsələlərində çətinlik çəkməyəcəksiniz. Uzunmüddətli perspektivə hesablanmış planı reallaşdırmağa başlamaq olar. Daşınmaz əmlak və nəqliyyat vasitəsi almaq fikriniz varsa, hərəkətə keçin.
Xərçəng - borcları qismən də olsa, ödəməyə vəsait mənbələri arayın. Sonradan bunu etmək çətinliklər yaradacaq. Xasiyyətinizin xoşagəlməz məqamları sevdiyiniz insanı qıcıqlandıra bilər.
Şir - nöqsanları çox tənqid etməyin. Özünüzün də ideal insan olmadığınızı unutmayın. Belə olmasa, ailədə münasibətlər gərginləşə bilər. Hisslərinizə nəzarət edin.
Qız - günün ilk yarısında işlərə ciddi yanaşın. İradə və qətiyyət uğurun yarısıdır. Hazırlıqla təhlilə yetərincə vaxt sərf etsəniz, məqsədə doğru sürətlə irəliləyəcəksiniz. Maliyyə məsələlərini qaydaya salmaq üçün yaxşı zamandır.
Tərəzi - dəyər verdiyiniz insanlarla münasibətləri eqoist açıqlamalar və istəklər pozmamalıdır. Sevdiyiniz insanın qədrini bilin. Subaysınızsa, indiyədək tənha qalmağınızın səbəblərini araşdırın.
Əqrəb - qərarların qəbulu zamanı sağlam məntiq və praqmat davranış həmfikirlərlə tərəfdaşların sayını artıra bilər. Hələ uşaqlıq illərinizdən qalmış komplekslərin əsirinə çevrilməyin. Dəyişikliklərə başlamaq üçün yaxşı zamandır.
Oxatan - büdcəni artırmağın orijinal yollarını arayın. Günün ikinci yarısında yaxınlarınızın maraqlarını öz mənafeyinizə qurban verməyin. Alış-verişdə pulu özünüzə sərf edərək ailə üzvlərinə "qənaət rejimi"ni tətbiq etməyin. Belədə münaqişə səbəbkarı ola bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.
Oğlaq - praktiki davrının, maliyyə məsələlərinin çözülməsində ənənəvi davranış modelini yeniləyin. Unutmayın ki, nəzakət və ünsiyyətdəki səmimiyyət bir sıra planlarınızın reallaşmasına dəstək ola bilər.
Dolça - məsul qərar qəbul edərkən situasiyanın incəliklərini nəzərə alın. Maraqlı tərəflərin fikrindən hali olmadan nə isə söyləməyin. Mövqelərinizi beləcə daha səbatlı edə bilərsiniz.
Balıqlar - şəxsi mənafeyiniz və mənfəət istəyiniz yaxın ətrafınızdakı insanların maraqları ilə kəskin ziddiyyət təşkil etməməlidir. Yoxsa ki, sizi eqoizmdə suçlayacaqlar, tərəfdaşlarla münasibətlərdə problemlər yaranacaq.
Milli.Az