Qadin.NET / Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova oktyabrın 11-12-nə olan hava proqnozunu açıqlayıb.

Day.Az Publika.az saytına istinadən xəbər verir ki, Gülşad Məmmədova bildirib ki, oktyabrın 12-dək buludlu hava şəraiti müşahidə ediləcək.

"Yarmadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və gündüz arabir güclənəcək. Havanın temperautu gecə saatlarında 14-17, günorta saatlarında isə 20-23 dərəcə olacaq.

Şərq rayonlarında yağış yağacaq, arabir şimşək çaxacaq. Günorta saatlarında bəzi rayonlarda yağıntılarda qısa fasilələr olacaq, dağlıq ərazilərdə havanın temperaturu 6-15, gündüz isə 14-19 dərəcə olacaq".

 

Day.Az

11 oktyabr 2016
GO BACK