Argentinada uşaqların kitaba və təbiətə olan məsuliyyətini artırmaq üçün maraqlı layihə həyata keçirilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Atam meşədə idi" (Mi Papá Estuvo en la Selva) adlı kitab xüsusi üsuldan istifadə edilərək yenidən ağaca çevrilə bilir.
8-12 yaş arasında olan uşaqlar üçün nəzərdə tutulan kitabın hazırlanmasında təbii maddələrdən istifadə edilib.
Layihənin əsas məqsədi uşaqlara təbii sərvətlərin dəyərini izah etmək, onları daha məsuliyyətli olmağa təşviq etməkdir.
Milli.Az