Keçmiş futbolçu Deyvid Bekhem və həyat yoldaşı Viktoriya Bekhem Londondakı Madam Tüsso muzeyini ziyarət ediblər.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, D.Bekhem muzeydə özünün və xanımının mumdan olan heykəli qarşısında şəkil çəkdirib.
Deyvid fotonu sosial mediada paylaşaraq maraqlı və zarafatla qarışıq şərh yazıb:
"Muzey işçilərinə təşəkkür edirəm ki, bu sevimli cütlüklə görüşməyimə icazə verdilər. Özüm üçün yox, həyat yoldaşımın heykəli üçün biraz saç istəyirəm".
Milli.Az