Qadin.NET / Bakıda və bir neçə rayonda qaz olmayacaq

Bakıda və bir neçə rayonda qaz olmayacaq

Bakıda və bir neçə rayonda qaz olmayacaq


Oktyabrın 7-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Əhmədli", Siyəzən magistral qaz kəmərləri sahəsinin "Zarat", "Çandahar", "Qara Siyəzən", "Giləzi kərpic zavoduchr("39")chr("39"), "Hacılar MMC", "MMZ quşçuluq", "Beşdam", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Göyçay-2" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Milli.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Siyəzən rayonun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xətai rayonun və Göyçay şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

6 oktyabr 2016
GO BACK