Qadin.NET / Bakı-Sumqayıt qatarlarının hərəkətində dəyişiklik - CƏDVƏL

Bakı-Sumqayıt qatarlarının hərəkətində dəyişiklik - CƏDVƏL

Bakı-Sumqayıt qatarlarının hərəkətində dəyişiklik - CƏDVƏL


Oktyabrın 8-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Milli.Az-a bildirib ki, Biləcəri-Keşlə mənzilinin tək yolunda təmas şəbəkəsinin əsaslı təmiri ilə əlaqədar Bakıdan 2016-cı il oktyabrın 8-dən müvəqqəti olaraq Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 07:40, 08:35, 09:35, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:40 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:40, 07:30, 07.50, 08:25, 09:25, 10:25, 16:55, 18:35 və 19:30-da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca vətəndaşlara məlumat veriləcək.

6 oktyabr 2016
GO BACK