Rusiyanın paytaxtı Moskvadakı klinikalardan birində oftalmoloq 9 nəfərə eyni şprisdən inyeksiya vurub. Bu inyeksiyadan sonra pasiyentlərin hamısı kor olub.
Milli.Az Life-a istinadən bildirir ki, olay Moskvadakı Gelmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun klinikasında baş verib. Görmə qabiliyyətini tamamən itirmiş 9 pasiyentə "Avastin" preparatı vurulub.
Həkimlər bu pasiyentlərin gözlərinin işığa reaksiya verdiklərini desələr də, xəstələr kor olduqlarını, heç nə görmədiklərini söyləyirlər.
İlkin versiyaya görə, preparatın olduğu kolbaya infeksiya düşüb.
Milli.Az