Qadin.NET / Unikal ailə: 7 əkizin 18 yaşı tamam oldu - FOTO

Unikal ailə: 7 əkizin 18 yaşı tamam oldu - FOTO

Unikal ailə: 7 əkizin 18 yaşı tamam oldu - FOTO


Kenni, Kelsi, Natali, Brendon, Aleksis, Natan və Coel MakKoqilər... Onlar 18 yaşlarını qeyd ediblər.

Yeddi bacı-qardaşın ad günü eyni gündə olub. Çünki onlar 18 il əvvəl dünyaya eyni gündə gəlmişdilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Ayova ştatındakı Karlayl şəhərində yaşayan Bobbi və Kenni MakKoqilərin ailəsində 1997-ci ildə 7 əkiz doğulmuşdu.

4 oğlan və 3 qızın doğuşu xəbəri dünyaya ildırım sürəti ilə yayılmışdı. Niyə də yox - onlar salamat doğulan ilk 7 əkizlərdilər.

Bobbi və Kenni ikinci övlad istəyirdilər. Bunun üçün onlar süni mayalanmadan yararlanmaq qərarına gəlmişdilər. Lakin həkimlər Kenninin bətnində yeddi embrion olduğunu deyəndə Bobbi heyrətlənmişdi.

Kenni isə yeddi övladını dünyaya gətirməkdə qətiyyətli idi.

Uşaqlar doğulanda çox kiçik idilər. Əkizlərin ən böyüyü 1,5, ən kiçiyi 1,13 kq ağırlıqda idi.

Aleksislə Natan serebral ifliclə doğulduqlarından ciddi müalicə kursu keçiblər.

İndi onlar tam sağlamdırlar.

Unikal ailə: 7 əkizin 18 yaşı tamam oldu - FOTO

Unikal ailə: 7 əkizin 18 yaşı tamam oldu - FOTO

Unikal ailə: 7 əkizin 18 yaşı tamam oldu - FOTO


Milli.Az


29 sentyabr 2016
GO BACK