Ədliyyə Nazirliyi bununla bağlı notariat kontorlarına xüsusi məktub göndərib
Bu gün ölkə ərazisində fəaliyyət göstərən bütün notariat kontorları fəaliyyətini dondurub. Bu barədə Sputnik-ə paytaxtda fəaliyyət göstərən notariat kontorlarından birinin rəhbəri məlumat verib.
Xəbərə görə, hadisəyə səbəb Ədliyyə Nazirliyinin notariat kontorlarına göndərdiyi məktub olub. Məktubda qeyd olunub ki, gün ərzində bütün alqı-satqı və digər işlər hamısı dondurulmalıdır. Məsələnin səbəbini öyrənməyə çalışsaq da, notariuslar bu haqda məlumatsız olduqlarını bildirdilər.
Day.Az