"Bütün dünyada olduğu kimi, Azərbaycanda qeysəriyyə əməliyyatı ilə anadan olan uşaqlarda nevroloji patologiyalar artıb".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin direktor müavini Cəmilə Ağazadə bildirib.
C. Ağazadə deyib ki, son illər ölkədə qeysəriyyə əməliyyatlarının sayı azalıb. Onun sözlərinə görə, təkcə Azərbaycanda yox, bütün dünyada qeysəriyyə əməliyyatlarının sayının artmasına qarşı tədbirlər görülür. O vurğulayıb ki, hamiləlik gedişatının izlənməsi, hamilələrə qulluğun normal aparılması qeysəriyyə kəsiyi əməliyyatlarının sayının azalması ilə nəticələnib: "Mərkəzdə ana və uşaq sağlamlığı diqqət mərkəzində saxlanılır. Mərkəzdə ana və uşaq ölümü 0%-dir. Ağır patologiyası olan xəstələr də tam sağlam şəkildə evə yazılıb".
Milli.Az