Dini biliklərin orta məktəbdə tədrisi Həyat Bilgisi fənni çərçivəsinə salınsa da onun genişləndirilməsinə ehtiyac var. Bu təşəbbüslə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi belə bir təkliflər hazırlayaraq Təhsil Nazirliyinə göndərib.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, orta məktəblərdə tədris olunan Həyat Bilgisi dərsliyində dini biliklərə daha geniş yer veriləcək. Dini Qurumlarla iş üzrə Dövlət komitəsində hesab edirlər ki, dərsliklərə dəyişiklər etməyə ehtiyac var. Kitaba islam dini ilə yanaşı digər dinlər haqqında da ətraflı biliklərin salınması təklif edilir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyir ki, fənndə genişləndilməsini hesab etdikləri mövzular barədə təkliflərini Təhsil Nazırliyinə göndəriblər. Təkliflərdə şəriət və ya dinin tədrisi deyil, dini biliklərin daha da dərinləşdirilməsi önə çəkilib.
Kitabın müəllifi, əməkdar müəllim Nüşabə Məmmədova isə deyir ki, komitənin nəzərdə tutduğu mövzulara fənndə lazımi qədər yer ayrılıb.
Müəllif deyir ki, bununla belə təkliflər araşdırılıb yeniliklər nəzərə alınacaq.
Milli.Az