Qadin.NET / Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub

Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub

Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub


Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

Day.Az report-a istinadən bildirir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 43 nəfər artırılaraq 534-ə çatdırılıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 31 nəfər artıb və hazırda 359 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 819-dan 893-ə çatıb.

 

Day.Az

27 sentyabr 2016
GO BACK