Qadin.NET / Böyük Qafqaz dağlarına qar yağıb

Böyük Qafqaz dağlarına qar yağıb

 

Böyük Qafqaz dağlarına qar yağıb

 

ARB Şəki xəbər verir ki, Şimal-Qərb bölgəsinin yüksək dağlıq ərazilərində bu gün qar yağışı müşahidə olunub .

Şəki Regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, hündürlüyü 2000 metrdən yüksək olan dağlar ağ örpəyə bürünüb. Qeyd edək ki, şimal-qərb bölgəsində yağmurlu hava şəraiti ötən gün axşam saatlarından başlayıb. Sabah günorta saatlarında hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır.

Day.Az

24 sentyabr 2016
GO BACK