"Ericsson" şirkəti İsveçdə istehsalı tam olaraq dayandırmağı və 3 min işçini ixtisar etməyi planlaşdırır.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kumla və Buros şəhərlərindəki istehsalın bağlanılması İsveçdə "Ericsson"un 140 illik telekommunikasiya avadanlıqlarının istehsalı epoxasına son qoyacaq.
Hazırda şirkətin bütün dünya üzrə 120 min əməkdaşı mövcuddur ki, onlardan 17 min nəfəri yalnız İsveçdədir. İnkişaf etmiş ölkələrdə "Ericsson"un xidmətlərinə tələbatın azaldığı müşahidə olunur. Çünki aparıcı şəbəkələr artıq qurulub.
Şirkət bununla bağlı hər hansı şərh verməkdən imtina edib.
Milli.Az