Qadin.NET / Təyyarənin mühərriki səmada dayandı

Təyyarənin mühərriki səmada dayandı

Təyyarənin mühərriki səmada dayandı


Cümə axşamı İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Makasar şəhər hava limanına qəza enişi edib.Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Detik" xəbər portalı məlumat yayıb.İnsident nəticəsində xəsarət alan olmayıb.İlkin məlumata görə, Ambon şəhərindən havaya qalxdıqdan təqribən 30 dəqiqə sonra "Boeing-737" laynerinin mühərriki dayanıb. Komandir yaxınlıqdakı hava limanına təcili eniş etmək barədə qərar qəbul edib.Hazırda göyərtədə olan bütün sərnişinlər sağ-salamat təyyarəni tərk ediblər. İnsidentin araşdırılmasına başlanıb.
Milli.Az
22 sentyabr 2016
GO BACK