Qadin.NET / Zükerberqdən 3 milyard dollarlıq xeyriyyə

Zükerberqdən 3 milyard dollarlıq xeyriyyə

Zükerberqdən 3 milyard dollarlıq xeyriyyə


Facebook-un rəhbəri Mark Zükerberq həyat yoldaşı ilə birgə insanlardakı bütün xəstəliklərlə bağlı səhiyyə araşdırmalarına 3 milyard dollar pul ayıracağını deyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünyadakı ən yaxşı səhiyyə araşdırmaçılarını bu işə cəlb edəcəyini deyən Zükerberq bir sıra xəstəliklər üzündən uşaqların belə kiçik yaşlarından həyatdan köçdüyünü qeyd edib. 3 milyardlıq yardım isə ailənin qurduğu "Chan Zuckerberg Initiative" adlı xeyriyyə təşkilatı adından ediləcək.

Zuckerberg-Chan cütlüyü ötən ilin sonlarında qızları Maksın doğumundan sonra Facebook-da sahib olduqları 45 milyard dollara yaxın hissənin 99 faizini xeyriyyə işləri üçün sərf edəcəklərini açıqlamışdılar.

Milli.Az

22 sentyabr 2016
GO BACK