Çinin ilk kosmik stansiyası olan "Tiangong-1" ("Cənnət Sarayı") nəzarətdən çıxıb.
Milli.Az publika.az-a istinadən bildirir ki, "Tiangong-1" artıq missiyasını tamamlayıb.
Məlumata görə, 8,5 ton ağırlığındakı stansiyanın bəzi parçaları 2017-ci ilin ikinci yarısında Yer kürəsi ilə toqquşacaq. Səlahiyyətlilərin apardığı hesablamalara görə, stansiyanın bəzi parçaları kosmosda yanaraq yox olacaq.
Stansiya 29 sentyabr 2011-ci tarixində kosmosa buraxılmışdı.
Milli.Az