Bakı Nəqliyyat Agentliyi marşrut avtobuslarına nəzarət məqsədilə işçi qrupu yaradıb.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, qrup avtobus sürücülərinin qaydalara necə əməl etməsini yoxlayacaq. Artıq bir həftədir yollarda ciddi müşahidələr aparılır.
İşçi qrupu tərəfindən hansı istiqamətlərdə monitorinqlərin aparıldığı da elan edilib.
İlkin mərhələdə yoxlamaların 5 istiqamətdə keçirildiyi bildirilib.
Aşkarlanan qayda pozuntuları ilə bağlı sahibkarlar, eləcə də sürücülər barəsində ciddi ölçü götürüləcək.
Milli.Az