"The Lancet" elmi jurnalı dünyanın müxtəlif ölkələrində uşaq dünyaya gətirməyin neçəyə başa gəlməsi haqda məlumat açıqlayıb.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, jurnalın məlumatına görə, ABŞ-da uşaq doğmaq hər yerdən bahadır.
Bu ölkədə ənənəvi doğuşlar 10232 dollar, qeysəriyyə əməliyyatı ilə doğuş isə 15500 dollara başa gəlir.
Çox təcili qeysəriyyə əməliyyatı daha yüksək qiymətə də reallaşdırıla bilər. Bu halda anaya və uşağa göstərilən tibbi yardımın həcmi də nəzərə alınır.
Doğuşun baha başa gəldiyi ikinci ölkə Avstraliyadır. Burada dünyaya uşaq gətirmək istəyən qadınlar adi doğuş zamanı 6775, qeysəriyyə əməliyyatı zamanı isə 10500 dollar ödəməli olurlar.
Bu ölkələrlə müqayisədə Hindistanda doğuşlar (vacib analizlər, hospitallaşdırma, doğuşun özü) bir qədər ucuzdur. Bu ölkənin dövlət xəstəxanalarında pulsuz, yaxud çox aşağı qiymətə də uşaq doğmaq olar. Şəxsi tibb müəssisəsində isə adi doğuş 240, qeysəriyyə əməliyyatı 400 dollardır.
Məlumatda qeyd edilir ki, inkişaf etmiş ölkələrin çoxunda ana və uşaq ölümünü azaltmaq üçün addımlar atılır ki, bu da doğuşun dəyərinə təsir göstərir. Adıçəkilən nəşrin məlumatına görə, inkişaf etmiş ölkə sakinlərinin böyük əksəriyyəti xəstəxanada doğur.
Milli.Az