Bu il Azərbaycanda elektron ticarətin həcmi 3%-ə qədər artıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 9,6 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,6 faiz çox istehlak məhsulları satılıb.
Elektron şəbəkə vasitəsilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-avqust aylarının səviyyəsini real ifadədə 0,9 faiz üstələyərək 9,3 milyon manata bərabər olub.
Milli.Az