Qadin.NET / Tarık Akan Azərbaycanın məşhur aktyorları ilə

Tarık Akan Azərbaycanın məşhur aktyorları ilə

Tarık Akan Azərbaycanın məşhur aktyorları ilə


Dünən vəfat edən məşhur aktyor Tarık Akanın 1976-ci ildə Sovetlər İttifaqı dövründə çəkilmiş fotosu sosial şəbəkədə marağa səbəb olub.

Milli.Az publika.az-a istinadən bildirir ki, foto Özbəkistan Sovet Sosialist Respublikasının paytaxtı Daşkənddə keçirilən Beynəlxalq Film Festivalında çəkilib. Türkiyəli aktyor fotoda Azərbaycanın məşhur kino artistləri Həsən Məmmədov və Rasim Balayevlə birlikdə söhbət edir.

Onu da qeyd edək ki, türkiyəli sənətkarın çəkildiyi "Bizim ailə" filmi 1976-cı ildə Daşkənd Kinofestivalında xüsusi mükafata layiq görülüb.
 
Xatırladaq ki, türk kinosunun məşhur siması Tarık Akan dünən uzun müddət davam ağciyər xərçəngindən dünyasını dəyişib.

Tarık Akan Azərbaycanın məşhur aktyorları ilə


17 sentyabr 2016
GO BACK