Valideyn övladının təhsil prosesinə cəlb olunduğu zaman, şagirdin daha yüksək akademik davamiyyəti, həmçinin imtahanlarda daha yaxşı nəticəsi olur. Eyni zamanda, fəallıq göstəriciləri yaxşılaşır. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron valideyn nəzarəti sistemi yaradılıb ki, hazırda ölkə üzrə 42 məktəbdə tətbiq olunur. Valideyn ya portala daxil olmaqla övladının qiymətlərindən məlumat alır. Yaxud da SMS vasitəsilə.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ölkədə 42 məktəbdə elektron valideyn nəzarət sistemi tətbiq olunur. Valideynlər uzaqdan övladlarının dərs prosesini izləyə bilir.
10 minə yaxın valideyn müvafiq portala girməklə övladının gündəlik qiymətləri və digər keyfiyyətləri haqda məlumat ala bilir.
Valideynlərə övladlarının qiymətləri haqqında məlumat SMS vasitəsilə də göndərilir. Bu xidmət isə ödənişlidir.
Təhsilin İnformasiyalaşdırılması İdarəsin valideynləri bu xidmətlərdən geniş istifadə etməyə dəvət edir
Milli.Az