Qadin.NET / Siqaret çəkənlərə meyvə-tərəvəz də ziyanmış

Siqaret çəkənlərə meyvə-tərəvəz də ziyanmış

Siqaret çəkənlərə meyvə-tərəvəz də ziyanmış


Siqaret çəkənlərin meyvə-tərəvəz yeməsi xeyr əvəzinə, zərər ola bilər.

Hollandiyada səhiyyə və ətraf mühitin mühafizəsi üzrə ixtisaslaşmış bir institutun açıqladığı hesabata görə, siqaret çəkən insanların gündə 600 qramdan çox meyvə qəbul etməsi bağırsaq xərçəngi xəstəliyinin artma təhlükəsini artırır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırma müəlliflərinin dediyinə görə, bu göstəricidən meyvə və tərəvəz yeməmək nəticəsi çıxarılmamalıdır. Əksinə, bu siqaret çəkən insanların siqareti buraxması üçün böyük bir siqnaldır. "Son 8 il ərzində Avropada 520 min insan məhz siqaret çəkməklə yanaşı meyvə və tərəvəz yediyinə görə bağırsaq xərçəngindən dünyasını dəyişib".

Araşdırmaçılar qeyd ediblər ki, meyvə və tərəvəzdə olan vitaminlər başqa şeylə əvəz etmək qeyri-mümkündür. Ona görə də bu zərərli vərdişin aludəçiləri meyvə və tərəvəz yemək üçün təcili olaraq siqareti atmalıdırlar

Milli.Az

17 sentyabr 2016
GO BACK