Həkimlər balı pətəyi ilə yeyənlərə xəbərdarlıq etdir.
İnsana enerji verən, qrip və nəfəs yolları xəstəliklərinin təbii dərmənı olan, imtina edilməyəcək qida qaynaqları arasında yer alan balı yeyərkən bəzi incəliklərə diqqət yetirmək lazım.
Balı pətəyi ilə yemənin çox doğru bir davranış olmadığına işarə edən İleri "Qarpızı qabiğıyla yemək nə dərəcədə doğru deyilsə, balı pətəyiylə yeməkdə o dərəcədə doğru deyil, çünki pətək balın saxlandığı, qorunduğu, mühafizə edildiyi təbii bir qapıdır" dedi.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, arıların təbiətdə balı tapdıqları zaman o an topladıqları balı da hazırladıqları pətəklərə qoyduqlarını bildirən həkimlər: "Pətək istehsalında istifadə olunan bal mumu, arıların bədənlərindəki halqaların arasından, tərləmə yolu ilə əldə edilir. Ehtiyaca görə fərqli altıbucaqlarla pətək hörülür. Pətək hazırlanması arını çox yormaqdadır. 1 kiloqram pətək hazırlayan bir arı koloniyası, 22-25 kiloqram bal itirmiş deməkdir. Çətin şərtlərdə hazırlanan, eyni zamanda sənayə məhsulu olan bal mumunun pətəkli şəkildə yeyilərək korlanması milli bir itkidir".
Pətəkli balın içindəki bal mumunun insan orqanizminə xeyirli olmadığı kimi, bəsləyici heç bir dəyəri də yoxdur. Pətəkli bal, süzmə balla müqayisədə ən azı 2 qat daha bahalıdır. Pətəkli balın 25%-nin bal mumu olduğunu hesaba qatsanız bu hesab 3 qatına çıxmaqdadır. Arının yaşadığı yerin, qara pətək, səbət pətək, ağac pətəyi ya da müasir pətək olması da balın keyfiyyətinə təsir etməkdədir.
Milli.Az