Qadin.NET / Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri başa çatıb


Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 16-da başa çatıb.

"Manas" Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qırğız Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Milli.Az

17 sentyabr 2016
GO BACK