Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadəmagistraturaya daxil olan tələbələrlə görüşündə deyib.
A.Əlizadə bildirib ki, AMEA nəzdində universitet və ya lisey tipli təhsil müəssisəsinin təsis edilməsi magistrlərə həm təhsil almağa, həm də laboratoriyalarda işləyərək təcrübə qazanmağa imkan yaradacaq.
AMEA prezidenti qeyd edib ki, akademiyada təhsil alan magistrlər nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşə və fikir mübadiləsi apara biləcəklər. A.Əlizadə Akademiyada onların elmlə məşğul olmaları, dünya elminə inteqrasiya etmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.
A.Əlizadə qeyd edib ki, bu il 19 ixtisas üzrə 56 nəfər akademiyanın magistri adını qazanıb. Onlardan 47-si qız, 9-u isə oğlandır. AMEA-nın magistratura pilləsində təhsil almaq üçün bu il ümumilikdə 600-dən çox ərizə verilib.
Milli.Az