Qadin.NET / Planetin ən gözəli Yusif oldu

Planetin ən gözəli Yusif oldu

Planetin ən gözəli Yusif oldu


"Mister Planet" 2016 titulunun sahibi azərbaycanlı oldu.

Xəbər verdiyimiz kimi, sentyabr ayının 3-11-i arasında Gürcüstanın Batumi şəhərində, bəylər və xanımlar arasında keçirilən dünyanın nüfuzlu gözəllik müsabiqələrindən olan "Miss & Mister Planet" 2016-da ölkəmizi model Yusif Cəfərli və Anna Qranovskaya təmsil edirdilər. 

Beynəlxalq layihənin Azərbaycan üzrə direktoru və "Miss & Mister Planet" 2016 layihəsində beynəlxalq münsif kürsüsündə yer alan tanınmış təşkilatçı Aqil Məmiyevdən geniş açıqlama aldıq.

"Biz paytaxtımızdan müsabiqəyə komanda ilə getmişdik, mənimlə birlikdə layihənin Azərbaycan üzrə baş prodüseri Pərviz Əzimzadə də getmişdi, 8 gün davam edən kamp müddətində təmsilçilərimiz yerli və beynəlxalq münsiflərin sınağından uğurla çıxırdılar. 

Qala-gecə 10 sentyabrda Batumi Teatrında keçirildi. Ölkəmizin təmsilçiləri böyük nəticə göstərdilər. Bütün münsiflər heyətindən yüksək ballar qazanaraq, "Mister Planet" 2016 qran-pri tituluna həmyerlimiz Yusif Cəfərli (Joseph Jafarli)  sahib çıxdı. Ölkəmiz illər sonra beynəlxalq model müsabiqələrində yenidən birincilik qazandı. Xatırladaq ki, illər əvvəl, 2007-ci ildə  "Best Model of The World" müsabiqəsində Rüstəm Cəbrayılov dünya birincisi olmuşdu.

Xanım təmsilçimiz isə "Miss Planet"  Star  2016 tituluna layiq gorüldü. Anna Qranovskaya talant şousunda Riannanın "Diamond" mahnısını ifa etdi. Düşünürəm, münsiflərin zövqünü oxşadı".

Milli.Az

15 sentyabr 2016
GO BACK