Qadin.NET / Bu xəstəliklər doğuşu ağırlaşdırır - Hamilələrin nəzərinə - VİDEO

Bu xəstəliklər doğuşu ağırlaşdırır - Hamilələrin nəzərinə - VİDEO

Bu xəstəliklər doğuşu ağırlaşdırır - Hamilələrin nəzərinə - VİDEO


Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb. Həkimlərin sözlərinə görə, həmin xəstəliklərin artmasına səbəb qadınların sağlamlıqlarına laqeyd yanaşmaları, vaxtında müayinədən keçməmələridir.

Hamilə qadınlar ən çox qan azlığından əziyyət çəkirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 22 min 435 qadında anemiya doğuşu ağırlaşdıran əsas xəstəlik olub. İkinci yeri tutan ödemlər və hipertenziv hallarına ötən il 6 567 qadında rast gəlinib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ötən il qadınların 2679-nun doğuşunun ağırlaşmasına ciftin ayrılması ilə əlaqədar olan qanaxmalar, 2263-ə venoz fəsadları, 1138-ə sidik-cinsiyyət sisteminin xəstəlikləri səbəb olub. Bununla yanaşı, 703 qadında qan dövranı sisteminin xəstəlikləri, 198-də şəkərli diabet doğuşu ağırlaşdırıb.

Mütəxəssislərin sözlərinə görə, bu halların qarşısını almaq üçün hamilələr vaxtında qadın məsləhətxanasında qeydiyyata düşməli, mütəmadi müayinə olunmalıdırlar. Belə olduqda risk amilləri tez aşkar olunar, doğuşa qədər aradan götürülər.

Qeyd edək ki, ötən il Azərbaycanda 24 ana ölümü baş verib. 2010-cu ildə bu rəqəm 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013 və 2014-cü illərdə isə 25 olub.

Milli.Az

12 sentyabr 2016
GO BACK