Dərinizi nəmləndirmənin ən ideal zamanı payızdır, belə ki artıq payızda hava daha quru və soyuq, külək isə daha güclü olur.
Bundan əlavə qışda dərinizin qatlanma və quruma problemi ilə üzləşməmək üçün, bu proseduru payızdan başlamaq məsləhət görülür.
Bildiyimik kimi, hər sezon mağaza rəflərində innovasiyalı texnologiyalar və təəccübləndirici effek verən yeni losyon və kremlər peyda olur. Lakin bilin ki, bir çox hallarda bu bahalı və daim yenilənən kremlərin tərkibi ən adi və özünü təsdiqlətmiş komponentlərdən ibarət olur. Bu səbəbdən, ən yaxşı üsul sadəcə tərkibində qliserin, vazelin və sidik cövhəri olan nəmləndirici kremlərə üstünlük verməkdir.
Bu komponentlər nəmi yaxşı qoruyub saxlaya bilir və demək olar ki bir çox kremlərin tərkibində olur.Həmçinin tərkibində bu komponentlər olan vasitələr dərinin xarici faktorlardan zədələnən buynuz təbəqəsinin hüceyrələrini bərpa edə bilir.
Nəmləndirici kremi dərhal yuyunduqdan sonra sütrməniz çox yaxşı olar, belə ki bu zaman dəri ikiqat nəmlənmiş olur. Bu məsləhət tək üz dərisinə deyil, həmçinin bədən dərisinə də aid edilir. Havanın temperaturunun artıq kəskin azaldığı zaman isə bu proseduru küçəyə çıxmazdan 30 dəqiqə öncə etməniz məsləhətlidir.
Yaddan çıxartmayın ki, nəmləndirici kremi heç nə ilə əvəz etmək olmaz. Bu nə losyon nə də gözətrafı krem ola bilməz. Bu kimi vasitələr yalnız bir əlavə kimi istifadə oluna bilərlər.
Daha bir maraqlı məqam da odur ki, dəri hər fəsildə özünü müxtəlif cür göstərə bilir. Belə ki, yay aylarında təbii piyin istehsalına görə yağlı olmağı ilə bərabər, payız gələn andan quru ola bilər. Buna görə dərinizin indiki vəziyyətinə baxaraq vasitələri seçmək daha düzgün olar.
Əl və ayaqlara qulluqdan əlavə, kutikullara da qulluq unudulmamalıdır. Bunun üçün müxtəlif yağlardan istifadə edə bilərsiniz.Bu həm ayaq həm də əl nahiyələrinə aid edilir. Bununla dırnaqlarınız daha möhkəm və sağlam görkəm alacaq. Proseduru həftədə ən azı 2 dəfə etmək lazımdır.
Təbii ki, bu ritmik həyat tərzində bütün bu prosedurları etmək üçün vaxt azlığı hər birimizdə var, lakin, hər prosedur üçün gündə yarım saat ayırdıqda əldə olunan nəticədən çox razı qalacaqsınız. Bunun üçün özünüzə bir qarfik tərtib edin və o qrafikdə daha çox zaman tələb edən prosedurları həftə sonuna, daha asanları isə iş günlərinə salın.
Dərinizə bu gündən qulluq edin ki, sonradan xoşagəlməz və vaxtından əvvəl yaranan problemlərlə rastlaşmayasınız...