Qadin.NET / Azərbaycanlı zəvvarlar sabahdan həcc ziyarətinə yola düşəcəklər

Azərbaycanlı zəvvarlar sabahdan həcc ziyarətinə yola düşəcəklər

Azərbaycanlı zəvvarlar sabahdan həcc ziyarətinə yola düşəcəklər


Azərbaycandan həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarlar sentyabrın 2-dən etibarən yola düşəcəklər.

Milli.Az bildirir ki, bu barədə report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Zəvvarlar ziyarətə hər gün iki reys olmaqla təyyarə ilə gedəcəklər. Hər gün ziyarətə 350 zəvvar yola salınacaq.

Zəvvarların ilk qafiləsi sentyabrın 2-də saat 08:00-da, ikincisi isə axşam 18:30-da yola düşəcək.

Qalan zəvvarlar sentyabrın 3-ü və 4-ü tarixlərində eyni saatlarda ziyarətə yollanacaqlar.

Qeyd edək ki, bi il Azərbaycandan həcc ziyarətinə 1050 nəfər zəvvar gedəcək.  

Milli.Az

1 sentyabr 2016
GO BACK