Ötən il Azərbaycanda 397 777 nəfərin qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxması halı qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, ötən il 14 306 nəfərdə ümumi kəskin bağırsaq infeksiyaları, 329 nəfərdə viruslu hepatitlər, 11 645 nəfərdə suçiçəyi, 329 nəfərdə salmonelloz infeksiyaları, 311 nəfərdə qoturluq, 9 nəfərdə qarayara, 341 nəfərdə bruselyoz, 168 nəfərdə skarlatin qeydə alınıb.
Statistik məlumatlara görə, qeyd edilən bütün xəstəliklər üzrə xəstələnmə hallarının sayı 2014-cü ilə nisbətən azalsa da, qoturluq və bruselyozla xəstələnmə halları artıb.
2014-cü ildə 225, 2015-ci ildə 311 nəfərdə qoturluğa yoluxma halı, 2014-cü ildə 337, 2015-ci ildə isə 341 nəfərdə bruselyozla xəstələnmə halı qeydə alınıb.
Milli.Az