Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.
Milli.Az Azərbaycan Güləş Federasiyasına istinadən bildirir ki, ikinci yarış günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.
66 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov ardıcıl olaraq Türkmənistan, Rumıniya, Qırğızıstan təmsilsilçilərini məğlub edib. Yarımfinalda Qazaxstandan olan rəqibinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İslambek Ermənistan təmsilçisini məğlub edərək Dünya çempionatının bürünc medalına sahib olub.
84 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Avstriya, İran və Rusiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda rəqib Türkiyə təmsilçisi Ali Cengiz olub. Gərgin keçən görüşü qələbə ilə başa vuran İslam Abbasov Dünya çempionatının qızıl medalını qazanıb.
55 kq
1/16 final - Yernur Fidaxmetov (KAZ) - Nofəl Babayev 12:2
66 kq
Bürünc medal görüşü - Malxas Amoyan (ARM) - İslambek Dadov 2:3
1/2 final - Kaharman Kissymetov (KAZ) - İslambek Dadov 7:1
1/4 final - İslambek Dadov - Bek Konurbaev (KGZ) 7:3
1/8 final - İslambek Dadov - Mihai Irinel Botez (ROU) 4:0
1/16 final - İslambek Dadov - Didar Amannazarov (TKM) 10:0 (86 san.)
84 kq
FİNAL - İslam Abbasov - Ali Cengiz (TUR) 3:2
1/2 final - İslam Abbasov - Vlas Dubrovin (RUS) 8:0
1/4 final - Arman Yavar Alizadeh Abdevali (İRİ) - İslam Abbasov 6:14
1/8 final - İslam Abbasov - Lukas Stauvdaçer (AUT) 8:0
120 kq
Təsəlliverici görüş - Amin Mohammadzaman Mirzazadeh (IRI) - Həmzətxan İsrafilov 8:0
1/4 final - Həmzətxan İsrafilov - Zviadi Pataridze (GEO) 0:8
1/8 final - Şota İto (JPN) - Həmzətxan İsrafilov 2:2*
Milli.Az