Bakı Avtovağzalındakı köməkçi yol sürücülərin istifadəsinə verilir.
Milli.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobus dayanacağının yerləşdiyi 250 metr uzunluğunda olan köməkçi yol bu gündən etibarən sürücülərin istifadəsinə verilir.
Qeyd edək ki, ötən ilin əvvəlində Avtovağzalın yaxınlığındakı yamacda sürüşmə olmuş. və həmin dayanacaqda çökmə baş vermişdi. Hadisədən sonra ərazi təhlükəsizlik məqsədilə bağlanılmış və avtomobillərin hərəkətinə qadağa qoyulmuşdu.
Pünhan Mirzə
Milli.Az