"2016 QA2" adlı asteroid Yerdən çox təhlükəli dərəcədə yaxın məsafədə keçib. Astronomlar asteroidi ən son məqamda görə biliblər.
Milli.Az Space-ə istinadən bildirir ki, Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyindən (NASA) verilən məlumata görə, "2016 QA2" adı verilmiş asteroidi alimlər şənbə günü aşkarlaya biliblər. Ölçüləri 15-50 metr arasında olan səma cismi Yerdən cəmi 85 min kilometr aralı keçib. Bu isə Yerdən Aya qədər olan məsafənin 1/4-ünə bərabərdir.
Bu asteroid yerlə toqquşsaydı həddən artıq güclü partlayış olacaqdı.
Yerdəki rəsədxanaların sözügedən asteoridi ən son anda aşkarlamalarının səbəbi "2016 QA2"nin qeyri-adi və elliptik orbitinin müəyyənləşdirilməsi üçün mürəkkəb forması ilə bağlıdır.
Uzun müddət Venera və Marsın yaxınlığında olan bu asteroid Yerə ilk dəfə yaxınlaşıb.
Əfsuslar olsun ki, "2016 QA2" bəşəriyyət üçün təhlükəli olan yeganə asteroid deyil.
Kosmosdakı ən təhlükəli səma cisimlərindən biri "Bennu" asteroididir. Diametri 500 metr olan bu asteroid 2169-2199-cu illər arasında Yerin yanından keçəcək.
Milli.Az