Qadin.NET / Özbəkistan bayrama hazırlaşır

Özbəkistan bayrama hazırlaşır

Özbəkistan bayrama hazırlaşır


Özbəkistan paytaxtı Daşkəndin "hokimiyat"ı (şəhər icra hakimiyyəti) ölkənin Müstəqillik Günü ilə bağlı bayram tədbirlərinin keçiriləcəyi məkanların siyahısını açıqlayıb.

Milli.Az hokimiyatın rəsmi saytına istinadən bildirir ki, Özbəkistanın dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar olaraq Daşkənddə bayram tədbirləri sentyabrın 1-də səhər saat 11-də başlayıb 18-də başa çatacaq. 

Daşkənd sakinlərinə və paytaxtın qonaqlarına bayram tədbirlərinə qatılmaq üçün Əlişir Nəvai, Abdulla Kadıri, Babur Mirzo, Uluqbəy, Furkat, Qafur Qulam, "Lokomotiv", "Kuyoşça nuri" parkları, habelə Daşkənd zooparkı, Dövlət Sirki, Müdafiə Nazirliyinin Maarifçilik və Mənəviyyat Mərkəzinin qarşısındakı meydanlar, "Baxt diyor" məhəlləsinin qarşısı təklif olunub.

Milli.Az

30 avqust 2016
GO BACK